Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 5 tələbənin imtahan sisteminə müdaxilə etdiyinə görə universitetdən xaric edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məsələ ilə bağlı UNEC-dən bildirib ki, universitetin Zaqatala filialında elektron imtahan sisteminə müdaxilə faktı müəyyən olunub:
“Bununla əlaqədar olaraq, müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib. Həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb”.