Logo

UNEC-də yay təcrübə proqramı üçün iştirakçılar seçilib

19.12.2022 14:01 368 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Proster&Gamble” beynəlxalq şirkətinin “Yay təcrübə proqramı” çərçivəsində master-klas keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, şirkətin marketinq üzrə meneceri İbrahim İbrahimli tələbələrə proqram çərçivəsində satınalma, marketinq və təchizat zəncirinin idarə edilməsi sahələri üzrə işin praktiki fəaliyyətini izah edib. Sonra 10-12 həftə müddətində davam etməsi nəzərdə tutulan “Yay təcrübə proqramı”na qeydiyyat aparılıb.

Təcrübə proqramının iştirakçıları imtahan və müsahibə əsasında III kurs bakalavriat və I kurs magistrantlar arasından seçiləcək. Proqram başlayanadək iştirakçılara ingilis dilində dəstək göstəriləcək. Bununla yanaşı, iştirakçıların ingilis dilində səlis danışmağı vacib şərtlərdən biridir. İlkin olaraq, “Yay təcrübə proqramı”na Maliyyə və mühasibat fakültəsinin, “SABAH” mərkəzinin 9 tələbəsi seçilib.

Xəbər lenti