Logo

Deputat: "Əsas mahiyyət qalır kənarda, dinə sonradan əlavə edilən məsələlər müzakirə olunur"

18.12.2022 14:39 325 baxış
IMG

"Bir sıra hallarda dinin əsas mahiyyəti qalır kənarda, cəmiyyətdə dinə sonradan əlavə edilən məsələlərin qızğın müzakirəsi gedir".

Tehsil.biz xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat din sosioloqlarının bu məsələni ətraflı araşdırmasına və vəziyyətdən çıxış yolu göstərməsinə ciddi ehtiyac olduğunu bildirib:

"Nə üçün insanlar dinə sonradan əlavə edilən, dinlə əlaqəsi olmayan məsələlərə nümayiş etdirdikləri bağlılığı, təəssübkeşliyi həqiqi dini dəyərlərlə bağlı da nümayiş etdirmirlər? Din sosioloqlarının bu məsələni ətraflı araşdırmasına və vəziyyətdən çıxış yolu göstərməsinə ciddi ehtiyac var. Təxmini səbəblər çoxumuza məlumdur. Söhbət fundamental, elmi yanaşmadan, həqiqi çıxış yolundan gedir".

Mərcanə Əsədova

Xəbər lenti