Logo

"İlkin tibbi yardım" mövzusunda təlim təşkil olunub - FOTO

17.12.2022 17:59 336 baxış
IMG

“Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən "İlkin tibbi yardım" mövzusunda təlim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları nümayiş etdirilib.

Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş olunub. Kampaniya çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda oksigen miqdarı (saturasiya) ölçülüb.

Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Daha sonra 1 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” adlı fləşmob keçirilib.

Qeyd edək ki, maarifləndirici tədbir sabah da "Dəniz Mall" Ticarət Mərkəzində keçiriləcək. Həmçinin gələcəkdə paytaxtın digər məkanlarında da onun təşkil olunması nəzərdə tutulur.

Xəbər lenti