Logo

BANM və Qazaxıstanın universiteti arasında müqavilə imzalanıb - FOTO

16.12.2022 20:02 419 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Qazaxıstanın Kenzhegali Sagadiyev adına Beynəlxalq Biznes Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.  

Tehsil.biz xəbər verir ki, imzalanma mərasimindən öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Kenzhegali Sagadiyev adına Beynəlxalq Biznes Universitetinin nümayəndə heyəti ilə görüşüb. Rektor Bakı Ali Neft Məktəbinin fəaliyyəti, inkişafı və ən son uğurları haqqında məlumat verib. Bu memorandumun iki universitet arasında faydalı olacağını vurğulayıb. 

Sənəd iki qurum arasında əlaqələri genişləndirmək, təhsil, tədqiqat və digər istiqamətlərdə akademik əlaqələri inkişaf etdirməyi nəzərdə tutur.

Əməkdaşlıq istiqamətlərinə tələbə, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələri, konfranslar, birgə təlim və ya mədəni proqramlar daxildir.

​​​​​​

Xəbər lenti