Logo

Professor: "Bu, təhsilverənlər üçün ən ciddi, “ölüm-dirim” məsələlərindəndir"

16.12.2022 14:21 506 baxış
IMG

"Hazırki dövrdə məlumat bolluğu hökm sürür və məlumatlar sürətlə artmaqda davam edir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

Rektorun fikirlərinə görə, məlumat bolluğu isə diqqət qıtlığı problemi yaradır:

"Ali təhsil baxımından bu o deməkdir ki, diqqət qıtlığı uzun müddət ərzində təhsilalanın diqqətinin eyni problemə yönəldilməsini mümkünsüz edir. Bu, hazırki dövrdə bilik yaradan, bilik bölüşən və təhsilverənlər qarşısında duran ən ciddi, “ölüm-dirim” məsələlərindəndir".

Mərcanə Əsədova

Xəbər lenti