Logo

"Jurnalist müsabiqələrinin vəsaitini artırmaq lazımdır, qəzetlər dirçəlməlidir"

16.12.2022 13:06 266 baxış
IMG

"Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və jurnalistlər əsl fədakarlıq nümayiş etdirdilər".

Tehsil.biz xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

O, dəfələrlə QHT-lərin icra etdiyi layihələrin təqdimatlarında iştirak etdiyini, belə tədbirlərdə də həmrəylik gördüyünü bildirib:

"Düşünürəm ki, yaxın gələcəkdə QHT sektoruna ayrılan vəsaitlər əsaslı şəkildə artırılmalıdır. Güclü vətəndaş cəmiyyəti güclü dövlət deməkdir. Jurnalist müsabiqələrinin də vəsaitini əsaslı şəkildə artırmaq lazımdır. Qəzetlər dirçəlməlidir. Son həmrəylik hərəkatı göstərdi ki, "biz birlikdə güclüyük" paradiqması artıq praktik xarakter daşıyır. Düşmənlərimiz birliyimizin qarşısında aciz qalıblar və qalacaqlar".

Fəqan Əzimli

Xəbər lenti