Logo

BSU tələbəsi “Yaradıcılıq emalatxanası” layihəsində iştirak edib - FOTO

15.12.2022 20:20 400 baxış
IMG

1-8 dekabr tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tovuzda gənclərin “Yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə “Şuşa İli” və “Tovuz - Gənclər Paytaxtı” Tədbirlər planlarına müvafiq olaraq icra edilib.

“Yaradıcılıq emalatxanası”nda Bakı Slavyan Universitetinin (BSU) Humanitar və sosial elmlər fakültəsinin lV tədris ili tələbəsi Murad Hüseynli də iştirak edib.  O, estrada ifaçılığı sahəsi üzrə təlimlərə qatılıb.

Dekabrın 7-də Tovuzdakı Nizami Mədəniyyət Evində emalatxanın bağlanış konserti keçirilib, gənclər bir həftə ərzində öyrəndiklərini səhnədə nümayiş etdiriblər.

Xəbər lenti