Logo

BDU tələbələri üçün təlim: “Genderin cəmiyyətdəki rolu”

15.12.2022 17:16 403 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Genderin cəmiyyətdəki rolu” mövzusunda təlim keçirib.

Tehsil.biz xəbər verir ki, təlimdə əvvəlcə gender anlayışı haqqında məlumat verilib. Kişi və qadın obrazları arasında stereotip fərqləri nəzərdən keçirilib, bu stereotiplərin uşaqlıq dövründə aşılandığı və həyatın sonrakı dönəmlərinə təsir etdiyi diqqətə çatdırılıb. Kişi və qadın obrazlarının tədqiqatlar nəticəsində müəyyənləşdirilən tipik əlamətləri vurğulanıb.

Təlim iştirakçılarına gender stereotiplərinin mənfi təsirləri haqqında da məlumat verilib, bunun qadın və kişilərin həyatı keyfiyyətlərini azaltdığı bildirilib. Qadın və kişilərin cəmiyyətdəki sosial rollarının təhlilinə dair müzakirələr aparılıb.

Xəbər lenti