Logo

Məktəblərdə şagird sıxlığı dərsin gedişinə təsir edirmi? - AÇIQLAMA

15.12.2022 16:48 549 baxış
IMG

"Əhalinin artımına paralel olaraq məktəblərin ehtiyacı qarşılayacaq sayda olmaması təhsilin keyfiyyəti baxımından mənfi haldır".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, məktəblərin kifayət qədər olmaması şagirdlərin sayının çox olduğu siniflərin yaranmasına səbəb olur və dərs mövzusunun tədris prosesi üçün nəzərdə tutulan müddətdə öyrədilə bilməməsi kimi mənfi nəticə doğurur:

"Müəllim materialı tədris prosesində mənimsətməlidir. Amma şagird sayının həddən artıq çox olması bu işə mane ola bilər. Məsələn, 30 şagirdin olduğu bir sinifdə hər şagirdə təqribən 1,5 dəqiqə vaxt düşür. Hazırda təhsildə fərdi yanaşmaya böyük ehtiyac duyulduğunu nəzərə alaraq siniflər üzrə şagird sayının tənzimlənməsi səmərəli nəticə verə bilər. Əks halda şagird sayının sıx olduğu siniflərdə tədris prosesini tam şəkildə həyata keçirmək mümkün olmadığından keyfiyyət aşağı düşür".

Mərcanə Əsədova

Həmçinin oxuyun: Emin Əmrullayev: “Sinifdə çox uşağın olması keyfiyyətə təsir etmir”

Xəbər lenti