Logo

"11-ci siniflər üçün məktəbləri aprelin 1-i bağlayaq, iyulun 1-də açaq" - TƏKLİF

15.12.2022 16:01 5351 baxış
IMG

"Təklif edirəm ki, məktəbləri 11-ci siniflər üçün aprelin 1-də bağlayaq, iyulun 1-də açaq".

Tehsil.biz xəbər verir ki, bunu "Hədəf" liseyinin direktoru Şəmil Sadiq bildirib.

O, qeyd edib ki, buraxılış imtahanları martda bitəcək:

"Bu o deməkdir ki, 11-ci siniflər attestat alıb məktəbi bitirdi. Hə, bir də gərək dərsliklərdəki mart-iyun mövzularını da çıxarıb kitabların səhifəsini azaldaq, israfdır. Axı imtahana həmin günə qədərki mövzular düşəcək. Keçənilki həngamədən sonra düşünürdüm ki, bu il imtahanların tarixi elanı sentyabrda verilər, amma yenə dekabrda açıqlandı".

Fəqan Əzimli

Xəbər lenti