Logo

Bakı məktəbində şagirdlərdən pul tələb olunması məsələsi təsdiqini tapmayıb - RƏSMİ

15.12.2022 15:51 565 baxış
IMG

Paytaxtın Yasamal royununda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə şagirdlərdən pul yığıldığı bildirilir.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Yığılan pulların məktəbin təmir xərcləri üçün xərclənəyi qeyd olunub.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə fond pulu və təmir üçün pul tələb olunması təsdiqini tapmayıb.

Mərcanə Əsədova

Xəbər lenti