Logo

Sertifikasiyadan keçməyən müəllimlərin taleyi necə olacaq?

15.12.2022 15:02 4058 baxış
IMG

“Bir müəllim müxtəlif fənlərdən dərs deyirsə, onun əməkhaqqısı sertifikasiyaya hansı fəndən imtahana giribsə, ona uyğun artırılır”.

"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir sertifikasiya mərhələsinin 4 ildən sonra bitəcəyini bildirib:

“5 il sonunda sertifikasiyadan keçməyən müəllimlərlə bağlı nə edəcəyimizə gəlincə, bu adamları günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil. Məqsəd bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki düşüncə məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. Növbəti məlumatımız bununla bağlı olacaq”.

Xəbər lenti