Logo

Dövlət bağçalarında kişi müdir yoxdur

15.12.2022 14:43 309 baxış
IMG

Dövlət məktəbəqədər təhsil müəssisələrində 1688 müdir var. Onlar arasında kişi müdir yoxdur.

Tehsil.biz xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd olunub ki, qeyri-dövlət bağçaları üzrə 136 müdirdən isə cəmi 12-si kişidir. Beləliklə, ümumilikdə 1 812 bağça müdiri arasında 12 nəfər kişi rəhbər şəxs var.

Xəbər lenti