Logo

"Sualı necə yazaq ki, müəllim cavab verə bilsin?"

15.12.2022 14:20 2125 baxış
IMG

“Gələn il 7-10 min arası müəllimi imtahandan keçirəcəyik”.

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Bundan başqa, bu il diaqnostikadan sonra bütün aşağı bal yığan müəllimlərə təlim keçmişdik. Amma elə müəllimlər var ki, təlimdən sonra da nəticə ürəkaçan olmur. Belə olan halda bizdə problemlər yaranır. Bizim komandanın çətinliyi yaranır ki, sualı necə yazaq ki, müəllim cavab verə bilsin. Bu da ciddi problemdir”, - nazir bildirib.

Xəbər lenti