Logo

"Repetitorlar da bizim məktəblərdə dərs deyən təhsil işçiləridir"

15.12.2022 13:32 723 baxış
IMG

"Şagird sıxlığı ilə təhsilin keyfiyyəti arasında elə də əlaqə yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir Sinqapur sisteminin ən yaxşısı olduğunu, ancaq orada sinifdə 40-a yaxın şagird təhsil aldığını bildirib:

“Əgər müəllim yaxşıdırsa, sinifdəki tədrisi yaxşı təşkil edə biləcək. Bu gün ölkədə cəmi 0,3 % sinifdə şagird sıxlığı var. Hansı ki, həmin məktəblər yaxşı nəticə göstərən təhsil ocaqlarıdır. Ən bacarıqlı müəllimlərin işə cəlbi önəmlidir”.

"Repetitorlar da bizim məktəblərdə dərs deyən təhsil işçiləridir. Eyni müəllim, eyni şagird heyəti. Sistemdə vahidlik yoxdursa, insanlar haqlı və haqsız istəklərlə çıxış edəcək”, - nazir qeyd edib.

Xəbər lenti