Logo

Sertifikasiyadan keçməyənlər necə müəllim olub?

15.12.2022 13:01 711 baxış
IMG

“Bu gün fənnini bilməyən müəllimlər olduğunu dedik. Sertifikasiyadan keçməyən müəllimlər var. Problemə görə dövlət də məsuliyyət daşıyır. "Bunlar necə məzun olublar, işə necə qəbul ediliblər?" suallarına cavab verilməlidir”.

Tehsil.biz xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O, problemin həlli üçün öncə təhsilin keyfiyyətinin artırılmalı olduğunu bildirib:

“Yuxarı yaşda müəllimlər nəzərə alınmalıdır. Təkcə bilik yox, şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır. Kadr seçiminə həssaslıqla yanaşılmalıdır”.

Xəbər lenti