Logo

“Bəzi müəllimlər var, məktəblərdə işləyir, amma öz fənlərini bilmir”

15.12.2022 11:58 2198 baxış
IMG

“Biz diaqnostika nəticəsində başa düşdük ki, əksər müəllimlər öz fənlərini bilirlər. Amma bəziləri var ki, bu gün onlar məktəblərdə işləyir, amma öz fənlərini bilmir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, ikinci istiqamət bu müəllimlərin həqiqətən də peşə yararlılığını yoxlamaqdır:

"Peşəyə yararlıdırsa, əməkhaqqısına 35 %, az yararlıdırsa, 10 % artım təyin olundu. Sertifikasiyaya həvəs müəllimlər arasında çox böyük olub. 11 mindən çox müəllimi artıq sertifikasiyaya cəlb etmişik. Bu, yalnız bir neçə bölgəni əhatə edir".

Xəbər lenti