Logo

“Sadə ağaclar" sözünü mürəkkəb söz hesab edən müəllimlər var”

15.12.2022 11:44 507 baxış
IMG

“Sadə ağaclar sözünü mürəkkəb söz hesab edən müəllimlər də var".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sertifikasiya imtahanında bu suala, təxminən, 17 %-ə yaxın müəllim səhv cavab verib.

“Ən sadə məsələni həll etmək iqtidarına sahib olmayan müəllim ibtidai sinifdə dərs deyəcəksə, həmin şagirdin qəbul imtahanında hansı yüksək nəticə göstərməsini gözləyə bilərik?”, - nazir qeyd edib.

Xəbər lenti