Logo

“Sertifikasiya imtahanlarında bütün müəllimlər iştirak etməlidir”

15.12.2022 11:37 976 baxış
IMG

“Müəllimlərin sertifikasiya imtahanlarında təbəqəsindən asılı olmayaraq hər kəs iştirak etməlidir".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O, bildirib ki, sadəcə imtahandan keçə bilməyən həssas təbəqəyə aid olan şəxslərin əmək müqavilələri ləğv edilməməlidir:

"Həssas təbəqəyə aid müəllimlər könüllü olaraq prosesdə iştirak etməlidirlər. Çünki bir çox müəllimlər var ki, işləməkdə maraqlıdır. Bu, bütövlükdə insanın özünü yoxlaması deməkdir. Dünyada çox az ölkə var ki, sertifikasiya əməkhaqqına təsir etsin”.

Xəbər lenti