“Biz yanvar-fevral ayı ərzində aşağı nəticə göstərən müəllimlərlə işləyəcəyik”.
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, aşağı nəticə göstərən müəllimlər yenidən imtahana cəlb olunacaqlar.
“Gələn ilin iyun ayında sertifikasiya imtahanında aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər. Bu il aşağı nəticə toplayanlar da ümid edirik ki, ikinci şansı yaxşı qiymətləndirəcək”, - nazir qeyd edib.