Logo

“Torpaq və su resurslarından səmərəli istifadə” mövzusunda təlim keçirilib

15.12.2022 10:58 516 baxış
IMG

Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə Meliorasiya Elmi-Tədqiqat İnstitutu və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə “Torpaq və su resurslarından səmərəli istifadə” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən aparılan təlimdə “Torpaq və suyun qorunması”, “Sudan səmərəli istifadə”, “Suyun həyatımızdakı əvəzolunmaz rolu” və.s. mövzular yer alıb. Tədbirdə məktəbin müəllim heyəti və şagirdlər iştirak edib.

Təlimin sonunda şagirdlərə mövzulara uyğun verilən tapşırığa əsasən onların çəkdikləri rəsmlərə baxış keçirilib.

Xəbər lenti