"Artıq universitetlər tələbələrə təhsil vermək üçün yox, ödəniş almaq üçün fəaliyyət göstərir".
Bunu "Tehsil.biz"ə təhsil eksperti Əli Ələkbərov deyib.
O qeyd edib ki, ökəmizdə 4400-dən çox təhsil müəssisəsi var:
"4400 təhsil müəssisənindən 100-ü universitetlər, kolleclər və onların filiallarıdır. 2022-ci ildə ali təhsil müəssisələrində dərslər standartlara uyğun tədris olunmur. Müəllimlər sadəcə tələbəyə nəyisə əzbərlətməyə çalışır. Təbii ki, bu təhsil vermək deyil. Tələbə yalnız imtahanlara hazırlaşmaqla vaxtını itirməli deyil. Onlar digər öz ixtisaslarına uyğun olan kitablarla mütaliə etməlidirlər. Biz bu gün universitetdə təhsil alan tələbəyə yaxınlaşıb soruşsaq ki, sonuncu dəfə hansı kitabı oxumusan, yaxud sonuncu dəfə hansı muzeyə baxmaq üçün getmisən? Təbii ki, cavabları "İmtahanlardan vaxt olmur" olacaq".
Ekspert deyib ki, nəzər salsaq, xarici ölkələrdə, məsələn, Sinqapurda vəziyyət belə deyil:
"Oradakı universitetlərdə təhsil alan tələbələr təkcə imtahana hazırlaşmır, öz vaxtlarını səmərəli keçirərək öz ixtisasları üzrə kinofilmlərə baxırlar.
Muzeylərə gəzinti turları təşkil edirlər. İxtisasları üzrə kitablar oxuyaraq mütaliə edirlər. Tələbələrə 400 və ya 500 səhifəlik kitabı verib "İmtahana hazırlaş" deməklə iş bitmir. Tələbələri hər ay imtahan və ya kuizlərlə sınamağa dəyməz. Bu, tələbələri təhsil keyifiyyətinin artmasına deyil, ruh düşkünlüyünə, gələcəkdə öz ixtisasları üzrə bir mütəxəssis olmağa mənfi təsir edəcək. Düşünün, indiki dövrdə tələbələr universitetə yalnız ödəniş etmək üçün gedirlər. Qarşılığında isə heç bir təhsildən söhbət belə gedə bilməz. Hesab edirəm ki, MİQ imtahanlarında iştirak edən, universiteti yeni bitirən bəzi məzunların qəbul olmamasının əsas səbəblərindən biri də budur ki, onlar yalnız əzbərçiliklə məşğul olublar. 4 ilin sonunda hər kəs diplom ala bilər, amma əsl mütəxəssis hər kəs ola bilməz".
Fəqan Əzimli