Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin ikinci kurs magistr tələbələri “Azərenerji” ASC-də olub.
Tehsil.biz xəbər verir ki, AzTU-nun Elektrotexnika kafedrasının müdiri Hikmət Əliyev və dosent Əhməd Məmmədovun rəhbərliyi ilə təşkil olunan səfərdə tələbələrə “Azərenerji” ASC-nin iş prinsipi haqqında ətraflı məlumat verilib.
Tələbələr burada elektrik şəbəkə və sistemlərinin rele mühafizəsi və əks qəza avtomatikasına dair prosesləri əyani olaraq izləyib, həmçinin müəyyən biliklərə yiyələniblər.
