Logo

“ASAN xidmət”in sədr müavini BDU-nun müəllim və magistrantları ilə görüşüb - FOTO

14.12.2022 14:05 559 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları ilə  Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müəllim-tələbə heyəti arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan görüşün əsas məqsədi “Dövlət xidmətlərinin təşkilində data əsaslı idarətmənin və texnoloji innovasiyaların tətbiqi” ilə bağlı akademik mühitlərdə elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi yollarının müzakirəsi olub. Görüş zamanı müxtəlif elm mərkəzlərində təhsilin magistratura və doktorantura pillələrində təhsil alan tədqiqatçıların işlərində bu tip mövzulara xüsusi yer ayırmalarının zəruriliyi bildirilib.

Kafedra müdiri professor Rövşən Əliyev akademik dairələrdə dövlət xidmətlərinin təkmilləşdirilməsi mövzusunda tədqiqat işlərinin aparılmasının həm dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılmasına, həm də tələbələrin təhsildə ldə etdikləri nəzəri biliklərin real müstəvidə tətbiqinə xidmət etdiyini vurğulayıb.

Eyni zamanda Dövlət Agentliyinin data mütəxəssisləri ilə Bakı Dövlət Universitetinin tələbələri arasında qarşılıqlı şəkildə elmi-tədqiqat işlərinin aparılması üzrə gələcək əməkdaşlıq çərçivəsi müəyyən edilib.

Xəbər lenti