Logo

ABŞ-nin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə şagirdlər üçün ingilis dili dərsləri keçirilir

14.12.2022 11:24 451 baxış
IMG

Gəncə şəhərində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə şagirdlər üçün ingilis dili dərsləri həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə görüş keçirilib.

Görüşdə ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, proqramın meneceri Məleykə Əlizadə, Gəncə şəhərində müəyyənləşdiirlmiş ümumtəhsil məktəblərinin direktorları və şagirdlər iştirak ediblər.

Görüşdə aztəminatlı icmalar üçün ingilis dili proqramı barədə məlumat verilib, proqramın davametmə müddəti və görüləcək işlər qeyd edilib.

Xəbər lenti