Logo

ATMU-da Braziliyanın turizm potensialı təqdim olunub

12.12.2022 14:56 436 baxış
IMG

Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib. Görüşdə təhsil və turizm sahəsində mövcud əlaqələrin inkişafına istiqamətlənən təkliflərin müzakirəsi diqqətdə saxlanılıb.

Səfirin Braziliyanın turizm potensialına dair təqdimatı turizm ixtisası üzrə təhsil alan tələbələr tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti