Logo

Bu şəxslər xarici dil imtahanından azad edilirlər

08.12.2022 15:14 2160 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura və dissertanturada təhsil alan şəxslərə müraciət edib.

Tehsil.biz xəbər verir ki, müraciətdə deyilir:

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanına edilmiş  26 noyabr 2022-ci il tarixli 1888 nömrəli dəyişikliyə əsasən dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar ingilis, alman və ya fransız dillərindən birini xarici dil kimi seçərək imtahan verirlər. Yeni qaydalara əsasən dissertasiyanı ingilis dilində yazan və müdafiə edən iddiaçılar xarici dil imtahanından azad edilirlər. Eyni zamanda, dissertasiya işini ingilis dilində yazan və müdafiə edən əcnəbi vətəndaşlar isə Azərbaycan dili imtahanından azad edilirlər. Bunun əksinə olaraq, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar isə Azərbaycan dilindən imtahan verirlər.

Xəbər lenti