Logo

Quba-Xaçmaz Regional Təhsil İdarəsi 3 günlük təlim-seminar təşkil edib

08.12.2022 14:26 378 baxış
IMG

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən 3 günlük təlim-seminar təşkil olunub.

Tehsil.biz xəbər verir ki, təlim-seminar ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, məktəblərdə mövcud problemləri öyrənmək və aradan qaldırmaq, həmçinin, məktəb direktorlarında innovativ və çevik idarəçilik formalaşdırmaq məqsədilə keçirilir.

İlk məşğələlərdə Xaçmaz, Şabran, Siyəzən, Qusar və Quba rayonlarında yerləşən 35 ümumtəhsil müəssisəsinin direktoru iştirak edib.

Təlim-seminarların növbəti həftələrdə də  davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti