Logo

Məktəblilər “Bakı Zooloji Park”ına ekskursiyalar edirlər - FOTO

08.12.2022 13:42 395 baxış
IMG

Cari ilin oktyabr ayından etibarən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Zooloji Parkı və birgə təşkilatçılığı ilə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Canlı aləmə qayğı göstərək” adlı yeni layihəyə start verilib.

Tehsil.biz xəbər verir ki, layihə ilə əlaqədar məktəblilərin “Bakı Zooloji Park”ına interaktiv ekskursiyalar təşkil edilir. Bununla əlaqədar 01 və 08 dekabr tarixlərində 291 nömrəli Ekologiya liseyi və Respublika İncəsənət Gimnaziyasının 60 ekoklub üzvlərinin iştirakı ilə ekskursiyalar keçirilib.

Ekskursiyaların keçirilməsində əsas məqsəd tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilmiş Bakı Zooloji Parkında Azərbaycan və dünyanın unikal flora və fauna nümunələri ilə tanışlıq, təbiətə və canlı aləmə sevgi və qayğı hislərinin aşılanması, biomüxtəlifliyin qorunması sahəsində məlumat verilməsi, məktəblilərin dünyagörüşünün artırılması, onlarda təbiətin gözəlliyi və mükəmməlliyi haqda aydın təsəvvür yaratmaq, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi barəsində maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Qeyd edək ki, Ekskursiyalar RUGİM-in peşəkar ekoloq, zooloq, bioloqları tərəfindən həftədə 1 dəfə olmaqla 3 ay ərzində 4-6-cı siniflərdən 360 məktəblinin iştirakı ilə aparılacaq. Ekskursiyalar zamanı mərkəzin əməkdaşı tərəfindən məktəblilər üçün interaktiv və maarifləndirici məşğələlər, master-klasslar keçirilir.

Xəbər lenti