Logo

ADU-da “Heydər Əliyev və Azərbaycan jurnalistikası” mövzusunda tədbir keçirilib

08.12.2022 12:35 460 baxış
IMG

Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan jurnalistikası” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı tədbirin mahiyyətindən danışarkən Heydər Əliyevin ölkəmizdə mətbuatın inkişafına, bu sahədə qanunvericiliyin, maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, ADU-nun rektor məsləhətçisi Anar Osmanlı mövzu ilə bağlı fikirlərini bildiriblər.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d. Aynurə Paşayevanın “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxışı dinlənilib.

Əməkdar jurnalist və politoloq Tofiq Abbasov ulu öndərlə bağlı xatirələrini danışıb, çağdaş jurnalistikanın başlıca prinsipləri ətrafında fikirlərini bölüşüb.

Tədbir əməkdar jurnalist T. Abbasovun mövzu ilə bağlı tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti