Logo

Bakıda eyni gündə itkin düşən məktəblilər tapıldı - YENİLƏNİB

08.12.2022 10:17 799 baxış
IMG

"Yasamal rayonunda bir gündə iki məktəblinin itkin düşməsi ilə bağlı xəbər yayılıb. Hər iki məktəbli ailə üzvlərinə demədən getdiyi digər ünvanlarda olması polis əməkdaşları tərəfindən müəyyən edilib. Kriminal hal yoxdur".

Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat paylaşıb.

09:54

Bakıda eyni gündə iki şagird itkin düşüb.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.

Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti