Logo

BANM “British Council”ın “Qızıl tərəfdaş”ı diplomunu qazanıb - FOTO

08.12.2022 10:12 275 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) Britaniya Şurasının (“British Council” təşkilatı) 2022-ci il üzrə “IELTS Qızıl tərəfdaş” diplomuna layiq görülüb.

Tehsil.biz xəbər verir ki, diplomu təşkilatın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ferqus Auldun iştirakı ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təqdim edib.

“IELTS Qızıl tərəfdaş” statusu il ərzində imtahanda iştirak edənlərin sayı 200-ə çatan qurumlara verilir.  

Bakı Ali Neft Məktəbi “British Council Azərbaycan”ın 2022-ci il üzrə yeganə “Qızıl tərəfdaş”ıdır. BANM www.ielts.org saytında da tərəfdaşlar sırasına daxil edilib.

Xəbər lenti