Logo

Məşhur rejissor təcavüzdə ittiham olunur

07.12.2022 22:19 92 baxış
IMG

Oskar mükafatına namizəd olan amerikalı rejissor James Toback silsilə cinsi təcavüzlər törətməkdə ittiham olunur.

Tehsil.biz xarici mediaya istinadən xəbər verir ki, James Toback cinsi cinayətlərə görə ona qarşı aparılan istintaqın dayandırılmasından dörd il sonra yenidən silsilə şəkildə cinsi təcavüz etməkdə günahlandırılıb.

Bununla bağlı Nyu-York Ali Məhkəməsinə ümümilikdə 38 qadın şikayət edib.

Qadınlar iddia edirlər ki, 78 yaşlı rejissor öz nüfuzundan istifadə edərək gənc qadınları Harvard Klubunda cinsi istisamara məruz qoyub, onlara təcavüz edib və döyüb.

Hazırda məhkəmə rejissorla bağlı şikayətləri araşdırır.

Xəbər lenti