Logo

Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib - SƏBƏB

07.12.2022 20:17 3374 baxış
IMG

Ötən gün Abşeron rayon Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi İlkin Köçəriyevin vəfat etməsi ilə bağlı xəbər vermişdik.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, 10-cu sinifdə təhsil alan İ.Köçəriyev talassemiya xəstəliyindən əziyyət çəkirmiş.

Məlumata görə, İ.Köçəriyev dekabrın 4-də dünyasını dəyişib. Belə ki, səhər yuxudan oyandığı zaman vəziyyəti pisləşən məktəbli xəstəxanaya aparılıb. Qan azlığının olması onun ürəyinə təsir edib və dünyasını dəyişib.

İ.Köçəriyevin çox yaxşı, gülərüz şagird olduğu bildirilir. Xəstə olduğunu hiss etdirməyən İlkin çalışqan, müəllimlərinin ən sevdiyi şagirdlərdən biri imiş.

Xəbər lenti