Logo

BDU-da “Qarabağ mühazirələri”: millət vəkili Nizami Cəfərovla görüş - FOTO

07.12.2022 19:04 289 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) könüllülərinin təşkilatçılığı ilə “Qarabağ mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin üzvü, akademik Nizami Cəfərovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən akademik Nizami Cəfərov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə gənclərə məlumat verib, bu qələbənin Prezident-xalq-ordu birliyinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Nizami Cəfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələ və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. Görüşdə müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edilib. Ordumuzun cəbhədə qazandığı nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrlə tarixi ədaləti bərpa etdiyi və bütün dünyaya Azərbaycanın qüdrətini bir daha göstərdiyi qeyd olunub.

Daha sonra akademik Nizami Cəfərov könüllülərin mövzu ətrafında suallarını cavablandırıb.

Xəbər lenti