Logo

Xalq şairi “Məktəbdə...” - FOTO

07.12.2022 18:38 286 baxış
IMG

“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı olub.   

Görüşdə S.Rüstəmxanlı özünün məktəb illəri, gənclik, tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb, həyat yolunun maraqlı məqamlarından söz açıb. Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən, Qarabağda qazanılan möhtəşəm Zəfərin yaradıcılığına təsirindən, bir xalq, millət üçün həmrəyliyin önəmindən söz açan S.Rüstəmxanlı  şagirdləri düşündürən suallara aydınlıq gətirib.

Məktəblilərlə görüşdə qonaq qismində yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət də iştirak edib.

Görüş Baku TV onlayn televiziyası tərəfindən də işıqlandırılıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti