Logo

Direktor müavinini sektor müdiri və direktor təyin edir?

07.12.2022 18:22 645 baxış
IMG

Son günlər Lənkəran-Astara Regional Təhsil İdarəsində (LARTİ) direktor müavinlərinin və təşkilatçıların müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Haqlı olaraq müəllimlərdə belə şübhə yaranır ki, direktorlar rayon təhsil sektorlarının müdirləri ilə əlaqəyə girib təyinatların arzuladıqları istiqamətdə həyata keçirilməsinə rüşvət yolu ilə təsir göstərə bilərlər. Çünki indiyə qədər direktor müavinləri direktorlar vasitəsi ilə yerli təhsil idarəetmə orqanlarına rüşvət verilməklə həyata keçirilib. Hər halda uzun illər birgə hər mənada əməkdaşlıq etdikləri sektor müdirləri direktorların rəyini kənara qoyub təyinat həyata keçirməzlər. Bu mənada müəllimlər tam haqlıdırlar, lakin...

Nəzərə alın:

Əvvəla, müsahibə komissiyasında rayon təhsil sektoru müdirləri ilə yanaşı, idarə müdiri və inzibati təşkilat sektorunun müdiri də iştirak edirlər və onlar məişət zəmnində direktor və təhsil sektorlarının müdirləri ilə tanışlığa malik deyillər...

Saniyən, LARTİ rəhbərliyi bu amili nəzərə almayacaq qədər sadəlöv deyil və rahat həzm etsin ki, hansısa direktor və müdir rüşvət alsın, sonda isə LARTİ rəhbərliyinin adı mənfi mənada hallansın.

Salisən, LARTİ rəhbərliyi mövcud direktor və sektor müdirlərinin birgə əməkdaşlığı ilə bölgə təhsilinin məhv olmasını yaxşı bilirlər və heç olmazsa obyektiv müavin təyinatları ilə məktəblərdəki problemləri qismən də olsa nəzarətə götürməyi düşünəcəklər.

Rabiən, hazırkı mərkəzləşmiş direktor müavinlərinin müsabiqəsi ehtiyat məktəb rəhbərləri yetişdirməyə aparan ən gözəl yoldur.

Xamisən, hazırda kifayət qədər maaş alan təhsil sektorlarının müdirləri bu kimi işlərə əl atsalar, öz karyera və sosial statuslarının üstündən xətt çəkmiş olacaqlar.

Rabil Abdinov

Xəbər lenti