Logo

Elmi-tədqiqat institutlarının direktorları SAF 2022-də - FOTO

07.12.2022 18:00 225 baxış
IMG

Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.

Tehsil.biz xəbər verir ki, festivalın üçüncü günündə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının direktorları, bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Bakı Ekspo Mərkəzini ziyarət ediblər.

Qonaqlar festival çərçivəsində keçirilən yarışların gedişatı ilə tanış olub, iştirakçılara uğurlar arzulayıblar.

“İnnovativ layihələr” sərgisi ilə yaxından tanış olan qonaqlara festival barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, festivalda iştirak üçün 127 əcnəbi şagird ölkəmizə səfər edib. Onlar Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edirlər. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib.

Qeyd edək ki, festival dekabrın 9-dək davam edəcək.

Xəbər lenti