Logo

Mingəçevirdə ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş olub - FOTO

07.12.2022 17:12 285 baxış
IMG

Dekabrın 7-də Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mingəçevir şəhər Təhsil Sektorunun tabeliyində fəaliiyət göstərən ümumi təhsil və məktəbəqədər təhsil müəssilərinin rəhbərləri ilə sentyabr, oktyabr və noyabr ayları ərzində görülmüş işlər barədə hesabat xarakterli görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Mingəçevir Təhsil sektorunun əməkdaşları və ümumi təhsil, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Görüş zamanı I-X siniflərə qəbulun vəziyyəti, təmayül siniflərin komplektləşdirilməsi, informatika fənninin (STEAM, rəqəmsal bacarıqlar) tədris vəziyyəti, məktəb və bağçaların hesabatları dinlənilib, müzakirələr aparılıb.

Xəbər lenti