Logo

Mingəçevirdə uşaq bağçasının yararsız olması ilə bağlı rəsmi açqlama - FOTOLAR

07.12.2022 15:58 517 baxış
IMG

Mingəçevir şəhərində yerləşən 20 nömrəli “Lalə” körpələr evi uşaq bağçası pis vəziyyətdədir.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, sözügedən bağçada elektirik xətləri işləmir, otaqlar odun peçi ilə qızdırılır.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər üzrə Təhsil Sektorundan "Tehsil.biz"ə verilən məlumata görə, 20 saylı “Lalə” körpələr evində istilik sistemi olmadığından otaqların isidilməsi qızdırıcılar vasitəsi ilə həyata keçirilir ki, bu da öz növbəsində naqillərin yüklənməsinə səbəb olur:

"Yüklənməni aradan qaldırmaq məqsədi ilə sayğac dəyişdirilib. Uşaq bağçasının əsaslı təmir olunması nəzərdə tutulur".

Xəbər lenti