Logo

“Liderlik və idarəetmənin əsasları“ mövzusunda növbəti təlim təşkil olunub

07.12.2022 15:13 180 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 5-7 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbər vəzifəli şəxsləri üçün “Liderlik və idarəetmənin əsasları “ mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı DİM-in əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti