Logo

Saatlı məktəbliləri müsabiqələrdə uğurla iştirak edərək qalib olublar - FOTO

07.12.2022 14:46 394 baxış
IMG

Saatli şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin şagirdləri mükafatlandırılıblar.

Tehsil.biz xəbər verir ki, məktəbin VI sinif şagirdi Eyvazli Əli Əzim oğlu və VII sinif şagirdi İsmayilzadə Leyla Şəhriyar qızı müxtəlif müsabiqələrdə uğurla iştirak edərək qalib olublar.

Əli Eyvazli Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən "Payız Əfsanələri" adlı müsabiqədə laureat adına layiq görülüb. 

Leyla İsmayilzadə Moskva şəhərində keçirilən "Kraski Talantov" adlı festivalda böyük yaş qrupu üzrə “Qran pri” diplomuna, "Payız Əfsanələri" adli müsabiqədə isə III yerə, türkdilli ölkələr arasında keçirilən “Pöhrə – 2022” istedad müsabiqəsində "Fitri istedad" adina layiq görülüb. 

Məktəbin müəllimi Tünzalə Səmədli-Qənbərova şagirdlərinin əldə etdiyi nailiyyətlərə görə müsabiqələrin təşkilatçıları tərəfindən diplomla mükaftalandırılıb.

Xəbər lenti