Logo

BDU alimləri kərtənkələlərin miogenezini tədqiq ediblər

07.12.2022 13:27 273 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov, kafedranın dissertantı Ramin Həşimov, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduqları “Tenuidactylus caspius kərtənkələsinin skelet əzələlərinin embrional inkişafı və histoloji analizi” (“Embryonic development and histological analysis of skeletal muscles of Tenuidactylus caspius (Eichwald, 1831) lizards (Reptilia: Squamata)” adlı elmi işi “Web of Science” elmmetrik bazasına daxil olan “Journal of zoological systematics and evolutionary research” (IF: 2.424) jurnalında çap olunub.

Tehsil.biz xəbər verir ki, tədqiqat işinin məqsədi kərtənkələnin embrional inkişafında mioblastların bir-biri ilə birləşib miosimplast əmələ gətirməsindən sonra əzələ plastinkasının (aralıq quruluşunun) formalaşması mərhələsinin müəyyən olunmasıdır. Tədqiqat işində 22 ədəd gekkon yumurtasından istifadə olunub. Müəlliflər bu mərhələnin şəklini çəkib, tam düzgün xarakteristikasını veriblər. Məqalədə miogenezin (embrional inkişaf zamani skelet əzələlərinin formalaşması) mərhələləri ardıcıllıqla təsvir olunub. Kərtənkələlərin miogenezini öyrənməklə insanın embrional əzələ qüsurlarının səbəbini müəyyən etmək olar.

https://doi.org/10.1155/2022/3618288

https://www.hindawi.com/journals/jzs/2022/3618288/

Xəbər lenti