Logo

Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ

07.12.2022 13:13 319 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 11-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

Tehsil.biz xəbər verir ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 491 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti 3 saatdır. Namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 44 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Xəbər lenti