Logo

BŞTİ: "Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir"

07.12.2022 12:13 267 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Tehsil.biz xəbər verir ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 42 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Cari il üzrə direktorların işə qəbul müsabiqəsinin test imtahanlarında müvafiq keçid balını toplamış 4 namizəd də müsahibə mərhələsində iştirak edə biləcək.  

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.

Xəbər lenti