Logo

İlham Əhmədov: "Azərbaycanda şagirdlərin çoxu nevrozdur"

07.12.2022 11:55 505 baxış
IMG

"Azərbaycanda şagirdlərin çoxu nevrozdur, depressiyadadır".

Bu sözləri "Tehsil.biz"ə dosent İlham Əhmədov deyib.

O, bunun əslində milli fəlakət olduğunu bildirib: 

"Bunun əsas səbəbi illər ərzində təhsil sistemində səhv qərarların qəbul edilməsi, proseslərin düz qurulmaması, ümumən təhsil sisteminin qüsurlu fəaliyyətidir. Bəla buradadır ki, real vəziyyəti və ondan çıxış yolunu da heç kim bilmir, çıxış yolunu axtarmır. Bu problemlərin kökündə isə təhsildəki naşılıq, qeyri-peşəkarlıq, səhv kadr siyasəti, səhvlərin etiraf edilməməsi, onların aradan qaldırılması üçün təşəbbüslərin edilməməsi durur. Təbii ki, bu sahədə uzun illər ərzində buraxılan silsilə səhvlər, məsuliyyətsizlik, qanunsuzluq özünü faciəvi formada - bumeranq effekti ilə göstərməli idi. Ümumiyyətlə cəmiyyətdə, təbiətdə, iqtisadiyyatda, səxsi həyatda buraxılan səhvlər öz acı nəticəsini hökmən göstərir, bunun geci-tezi var. Bu bəla həmən sahəyə məsul olan məmurların övladlarina və yaxınlarına da toxunacaq, narahatlıq verəcək, çünki artıq kütləviləşir, epidemiya halına gəlir".

Dosent bildirib ki, sovet vaxtı belə hallar çox az olardı:

"Digər ölkələrdə belə hallar indi də azdır. Dərsliklərin çətinliyi, proqramların uşaqların yaşına uyğunsuzluğu, repetitor dərslərinin çoxluğu, ağırlığı, məktıblərdə psixoloji xidmətin yanlış təşkili, bu işə diqqətsizlik, cəmiyyətdə və məktəbdə tərbiyə mühitinin pozulması, internetdən nəzarətsiz istifadə, pozucu TV-lər, ətrafdakı ədalətsizlik və zorakılıq halları və s. amillər uşaqların sinirini pozur. Bütün bu məsələlər çox ciddi və hərtərəfli tədqiq edilməli, kompleks həll edilməlidir. Yoxsa neqativ hallar, uşaq intiharları, müəllim-şagird, valideyn-şagird münasibətləri daha da gərginləşəcək, uşaq və yetiyetmə cinayətləri, narkomaniya, qumar, "TOPAZ" və s. kimi mənfi hallar artacaqdır. Uşaqlarımız xalqın gələcəyidir. Onları xilas edək. Dövlətçiliyimizin gələcəyi bundan asılıdır".

Fəqan Əzimli

Xəbər lenti