Logo

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyindəki məktəb direktorları ilə görüş olub

07.12.2022 11:40 545 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva və həmin sektorun məsləhətçiləri Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.

Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.

Xəbər lenti