Logo

İlahiyyat İnstitutunda psixoloqla görüş təşkil olunub - FOTO

07.12.2022 10:12 208 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq Süleyman Məmmədzadə ilə tələbələrin görüşü təşkil olunub.

Tehsil.biz xəbər verir ki, Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova tədbirin tələbələr üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O bildirib ki, Aİİ təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışır.

Psixoloq Süleyman Məmmədzadə daha sonra qeyd edib ki, görüşün məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərməkdir. Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, həmçinin problemi həlletmə bacarıqlarından da bəhs edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Xəbər lenti