Logo

Psixoloqlar yaşlı insanlarda yaddaşı gücləndirməyin yolunu tapıblar

06.12.2022 23:41 282 baxış
IMG

ABŞ-nin Beckman adına Qabaqcıl Elm və Texnologiya İnstitutunun bir qrup psixoloqu  müəyyən edib ki, oxumaq yaşlı insanlarda yaddaş bacarıqlarını qoruyur.

Tehsil.biz xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Oxumaq epizodik yaddaşı inkişaf etdirir ki, bu da kitabın əvvəlki fəsillərində baş verənləri və qısamüddətli yaddaşı yadda saxlamağa imkan verir.

Araşdırmada yaşı 60-dan yuxarı olan 76 könüllü iştirak edib. Onlar 38 nəfərdən ibarət iki qrupa bölünüblər. Birincisi, subyektlər səkkiz həftə ərzində həftədə beş gün, gündə 90 dəqiqə iPad-də kitab oxumalı idilər. Planşet həmçinin iştirakçıların öz idrak qabiliyyətlərini sınaya biləcəyi xüsusi proqramlarla təchiz edilib. İkinci qrupdan olan könüllülər eyni müddət ərzində tapmacaları tamamlayıb, həmçinin koqnitiv testlər həyata keçiriblər.

Nəticədə məlum olub ki, oxumaq yaddaşı tapmacalardan qat-qat effektiv yaxşılaşdırır. Bu kəşf koqnitiv pozğunluqların müalicəsi üçün yeni üsulların işlənib hazırlanmasına imkan verir.

Xəbər lenti